FIFA Rusiyaya sanksiya tətbiq edib

fifa forld

FİFA Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ali futbol qurumu məlumat yayıb.

Rusiyada beynəlxalq səviyyəli oyunlar keçirilməsinə qadağa qoyulub. Rusiyanın milli komandası ev matçlarına neytral meydanda çıxacaq və azarkeşsiz mübarizə aparacaq.

Həmçinin yığma beynəlxalq yarışlarda Rusiya adı altında deyil, Rusiya Futbol İttifaqı adı ilə qüvvəsini sınayacaq. Qarşılaşmalardan öncə dövlət himni səsləndirilməyəcək və Rusiya bayrağının dalğalanmasına icazə verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir