Fillər bala fili xilas edə bilmədilər –Şəlalədə boğuldular (FOTO)

Taylandın cənubundakı “Hao Yai” milli parkında beş yetkin fil şəlaləyə düşən fil balasının canını qurtarmaq istəyərkən ölüblər.

Trend-in məlumatına görə, faciə oktyabrın 5-i səhər tezdən baş verib.

Milli parkın işçiləri, fillərin səsini eşidərək bir dərədə üç yaşlı boğulan fil balasını və onu xilas etməyə çalışan yetkin filləri tapıblar. Şəlalənin dibinə enərək, mühafizəçilər daha 5 boğulmuş fil tapıblar. Bir neçə saatdan sonra sağ qalan filləri iplərdən istifadə etməklə xilas etmək mümkün olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həkimlərin maaşı iki hissəyə bölünəcək –

Sonrakı məqalə

İran kosmosa kosmonavt göndərmək istəyir