“Filtrlərin reklamı ilə “Azərsu”nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar”- "Azərsu" sədri gileyləndi

“Bakıda “Azərsu”nun suyunu antireklam edərək, su filtrlərinin reklamını aparırlar”.

APA-nın məlumatına görə, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əslində bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir: “Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə “Azərsu”nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur”.

Qorxmaz Hüseynov korporativ binalarda suyun çirkli olması məsələsinə toxunub: “Korporativ binaların özlərinin su anbarları olur. Su anbarları ən azı ildə bir dəfə təmizlənməli və yuyulmalıdır. Ancaq təəssüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan banklarında yeni platforma yaradılacaq

Sonrakı məqalə

Gələn il dövlət büdcəsində qeyri-neft sektorunun payı 12 faiz artacaq