Finlandiya NATO ilə üzvlüyə qəbul prosedurunu müzakirə edib

fin prezident

Finlandiya prezidenti Sauli Niinistö NATO-nun baş katibi Yens Stoltenberqlə alyansa yeni üzvlərin qəbulu prosedurunu müzakirə edib.

Azpost.info bildirir ki, bu barədə Finlandiya Prezidenti rəsmi feysbuk səhifəsində yazıb.

Niinistönin sözlərinə görə, Finlandiyanın təhlükəsizliyinin daha da gücləndirilməsinə ehtiyac var. Bunun üçün bütün imkanları və perspektivləri araşdırmaq lazımdır.

“Bu məqsədlə baş katib Stoltenberq ilə dünənki söhbətdə NATO-nun prinsipləri və yeni üzvlərin qəbulu ilə bağlı prosedurlar ətraflı müzakirə olunub”,- deyə Finlandiya Prezidenti sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, üzvlük məsələsi ilə bağlı ictimai müzakirələrin və dəstəyin artmasına baxmayaraq, Finlandiya hökuməti hələ də Şimali Atlantika Alyansına qoşulmaq barədə rəsmi niyyətini ifadə etməyib.