Firavan ABŞ-da insan ömrü niyə qısalır? –Amerikalı həkimlər həyəcan təbili çalır 

Amerika Tibbi Assosiasiyası Jurnalında yeni dərc olunmuş araşdırma Birləşmiş Ştatlarda ömür uzunluğunun azaldığına işarə edir.

Təhlilçilərin irəli sürdüyü məlumatlara əsasən, gözlənilən ömür uzunluğu altmış il boyunca təxminən 10 il artaraq 70 yaşdan 79 yaşa çatıb, 2014-cü ildən bəri ard-arda üç il boyunca da azalıb.

Doğulanda gözlənilən ömür uzunluğu 24-65 yaşlar arası işləyən insanlar arasında ölüm hallarının artması nəticəsində azalıb. Bunu yeni hesabatın həm-müəllifi Stiv Vulf söyləyir: “Bunun ən böyük səbəblərindən biri nartotik maddələrdən həddindən artıq yüksək dozada istifadə olunmasıdır” – deyə, Virginia Commonwealth Univeristetinin Tibb Məktəbindən Dr. Stiven Vulf bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2017-ci ildə orta hesabla hər gün 130 amerikalı opioiddən həddindən artıq yüksək dozada istifadə etdiyinə görə həyatını itirib. Lakin amerikalıların ömürlərini qısaldan yeganə səbəb bu deyil.

“Alkoqolizm, intihar və orqan sistemləri xəstəliklərində artım müşahidə olunub. Buna diabetli şəkər, ağ ciyər xəstəlikləri və ürək xəstəlikləri daxildir və biz ümumilikdə 35 ölüm səbəbi aşkar etmişik”, Dr. Stiven Vulf söyləyir.

“Demoqrafiya üzrə mütəxəssislər çox narahatdır. Bu ciddi məsələdir. Biz bu ölkədə QİÇS epidemiyasının ilk illərindən və ondan öncə də Birinci Dünya Müharibəsi zamanındakı beynəlxalq qrip epidemiyasından bəri ömür uzunluğunda azalma müşahidə etməmişik”, – Milli Yaşlanma İnstitutundan Dr. Con Haaqa bildirir.

Lakin o deyir ki, ömür uzunluğunun azalması onillərdir davam edən prosesin nəticəsidir. “Bu, uzun zamandır davam edir. ABŞ onillərdir sağlamlıq statusunun aydın meyarları məsələsində digər ölkələrdən geridə qalır”, o bildirir.

Vulf deyir ki, simptomlarla yanaşı səhiyyə problemlərinin əsas səbəblərini müalicə etmək də çox mühümdür. “Narkomaniya, alkoqolizm və ya intihar üçün qanunlar inkşiaf etdirməklə yanaşı, biz geri addım atıb, Amerikada insanları bu davranışlara doğru itələyən səbələri araşdırmalıyıq. ‘Onlar nə üçün ağrıkəsicilərdən istifadə edəcək qədər ağrı çəkirlər? İntiharlara gətirb çıxaran çarəsizliyin səbəbi nədir? Diabetli şəkər nə üçün bu qədər zəif nəzarət olunur?’ bunları araşdırmalıyıq”, Dr. Vulf söyləyir.

Con Haaqa da onun bu düşüncələrini dəstəkləyir: “Bizim səhiyyə sahəsindəki xərclərimiz Avropadan iki qat daha çoxdur. Birləşmiş Ştatlarda səhiyyə 3.5 trilyon dollarlıq sənayedir. Başqa heç bir ölkə buna yaxın gəlmir. Amma biz profilakrik müalicə və fiziki aktivlik, düzgün qidalanma və səhiyyə problemlərinə erkən müdaxilə kimi məsələlərdə geridə qalmışıq”, Dr. Con Haaqa bildirr.

Araşdırma Amerika Tibbi Assosiasiyası Jurnalında dərc olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Danışıqların formatını dəyişdirmək cəhdi sülh prosesi üçün təhdiddir” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Şamaxıda –