“Forbes” Rusiyanın ən varlı qadınını açıqladı- 1,2 milyard dollarlıq əmlakı var

“Forbes” jurnalı Rusiyanın ən zəngin xanımlarının reytinqini açıqlayıb.

Trend-in məlumatına görə, Rusiyanın ən zəngin qadını Yelena Baturina seçilib.

Moskva meri Yuri Lujkovun keçmiş arvadının əmlakı 1,2 milyard dollar həcmində hesablanıb.

İkinci yerdə Rusiyanın böyük internet mağazası “Wildberries”in rəhbəri Tatyana Bakalçuk qərarlaşıb.

İlk dəfə reytinqə daxil olan Tatyana Kovalçuk isə 600 milyon dollar dəyərində var-dövləti ilə üçüncü yerdə qərarlaşıb. O, “Rusiya” bankının əsas səhmdarlarından birinin həyat yoldaşıdır.

Beşliyə milyarder Dmitriy Rıbolovun keçmiş arvadı Yelena Rıbolova və “Proqres” şirkətinin səhmdarı Olqa Belyatseva daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib

Sonrakı məqalə

Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər