“Forbes Uzbekistan” gəlir…- Jurnalı Qazaxıstan iş adamı buraxacaq (FOTO)

Qazaxıstan iş adamı Armanjan Baysarov Özbəkistanda “Forbes Uzbekistan” jurnalı buraxacaq.

AZƏRTAC xəbər verir ki, “Forbes Kazakhstan” və “Forbes Georgia” jurnallarının naşiri A.Baysarov Özbəkistanda belə jurnalın çapının aktual olduğunu bildirib. Deyib ki, ölkədə biznesin inkişafı üçün böyük perspektivlər var. Hazırda Özbəkistan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Ölkədə investorlar üçün münbit şərait yaradılıb və iri sərmayəçilər buraya investisiya qoymaqda maraqlıdırlar.

Yeni jurnalın redaksiyası Daşkənddə olacaq. Oxuculara jurnalın özbək və rus dillərində sayt və çap variantı təqdim ediləcək. Çap variantı hələlik rus dilində buraxılacaq. 2020-ci ilin martında jurnalın ilk nömrəsi işıq üzü görəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlamentin Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciətinin

Sonrakı məqalə

Türkiyədə məktəblərdə dərslər dayandırılıb