Formula yarışları ilə bağlı mal, iş və xidmətlər ƏDV-dən azad edildi- 2024-cü ilə qədər

Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü il yanvarın 1-nə qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilib.  

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Azərbaycanda keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış  müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi 2018-ci il yanvarın 1-dən 6 il müddətində ƏDV-dən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar qüvvəyə minib

Sonrakı məqalə

Yeni nəzarət-kassa aparatı quraşdıranların xərcləri vergi öhdəlikləri ilə əvəzlənəcək