Amma digər beynəlxalq oyunçularla razılaşdırılmadan aparılan fəaliyyət həmin oyunçuları qəzəbləndirdi. Bu, həm Rusiyaya qarşı növbəti erməni xəyanəti, həmçinin ABŞ-ın dəstəyi ilə aparılan sülh sazişi üzrə danışıqlara, bütövlükdə beynəlxalq ictimaiyyətə hörmətsizlik idi.
BMT TŞ-nın sədri olan Fransa bu 10 gün ərzində Laçın yolundakı vəziyyətlə bağlı bəyanatı keçirə bilmədi. Azərbaycanın ciddi diplomatik səyləri ilə Bəyanatdan əvvəlcə “Dağlıq Qarabağ” sözü çıxarılıb. Daha sonra sənəddə qeyd edilib ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında mümkün ola bilər.
Rəsmi Bakı öz tərəfdaşlarının köməyi ilə Bəyanatın mətnini o qədər yumşalda bilib ki, 6-7 redaksiya dəyişikliyindən sonra sənəd azərbaycanpərəst Bəyanata çevrilib. Bundan sonra rəsmi Paris sənəddən ümumiyyətlə imtina edib.
Fransa bu cəhdin iflasa uğramasından o qədər qəzəblənib ki, BMT-dəki daimi nümayəndəsini geri çağrımağı istəyir.
Demək olar ki, Azərbaycan Fransa -Ermənistan tandemini darmadağın edib.
Azpost.info