Fransa təyyarəsi Tokioda qəza enişi edib

- Içərisində dövlət rəsmiləri var
21 Oktyabr 2019 - 12:02

İmperatorun taxta çıxma mərasimində iştirak etmək üçün Yaponiyaya gələn və göyərtəsində rəsmi nümayəndələrin də olduğu “Air France” şirkətinə məxsus sərnişin təyyarəsi “Haneda” aeroportuna qəza enişi edib.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, oktyabrın 21-də səhər saatlarında Tokioya çatan təyyarənin eniş zamanı şassiləri boşalıb.

Lakin buna baxmayaraq, təyyarə enişdən sonra dayanacağadək hərəkət edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək taxta çıxma mərasimində 175 ölkədən iki minədək rəsmi nümayəndənin iştirakı gözlənilir.