2026-cı il dünya çempionatında III turun oyunları davam edir. Apasport.az xəbər verir ki, ikinci oyun günündə I qrupunun iki görüşü baş tutub. Seneqal millisi İraq ilə qarşılaşıb. Afrikalılar inamlı qələbə qazanıb: 5:0 İlk qələbəsini qazanan Seneqal qrupu 3 xalla 3-cü pillədə bitirib. "Şirlər" pley-offa yüksəlmək üçün ən yaxşı üçüncülər arasına düşməyi gözləyəcək. İraq isə keçirdiyi 3 oyunu da uduzaraq qrupu sonuncu pillədə başa vurub. Qrupun digər matçında isə Fransa Norveçlə üz-üzə gəlib. Liderlik matçında fransızlar rəqibini 4:1 hesabıyla məğlub edərək xallarının sayını 9-a çatdırıb və qrupu ilk pillədə tamamlayıb. Norveç 6 xalla qrup ikincisi kimi 1/16 finala yüksəlib. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb. DÇ-2026 I qrupu, III tur 26 iyun 23:00. Seneqal - İraq 5:0 Qol: Sek, 4, Sarr, 56, Qeye, 59, 71, Ndiaye, 82 Qırmızı vərəqə: Sulaka, 10 23:00. Fransa - Norveç 4:1 Qol: Dembele, 7, 20, Asgard, 21, 32, Due, 90+4

AzPost.az