Fransada daha 343 nəfərdə koronavirus aşkarlanıb

Fransada koronavirus qurbanlarının sayı 29 155-ə çatıb, son sutka ərzində xəstəxanalarda 13 nəfər ölüb.

Bu barədə ölkənin sanitar “Santé Publique” agentliyinin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, Fransada təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 153 977 (son sutkada 343 yoluxma) nəfərdir.

Epidemiyanın başlanğıcından 102,6 min insan xəstəxanalara müraciət edib. Onlardan 70,8 mindən çoxu sağalaraq evlərinə buraxılıb.

Bazar gününə olan məlumata görə, hazırda xəstəxanalarda 12 461 nəfər var. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə koronavirusla bağlı son vəziyyət açıqlandı –

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub