Fransada üzləşdikləri böhrana etiraz edən fermerlər Nimes bələdiyyəsində gömrük idarəsini yandırıblar.
Bu barədə “X” sosial şəbəkəsində Gare departamentinin prefekti Cerom Bonnet məlumat verib.
“Bu axşam saat 19:15-dən etibarən Nimes gömrük məntəqəsində yanğın baş verib. Bunun səbəbinin kənd təsərrüfatı texnikasından istifadə edən insanların içəri daxil olması olduğu güman edilir”, – o yazıb.
O, yanğının törədilməsini pisləyib və cinayətkarların tapılması üçün tədbirlər görüləcəyini bildirib.
Fransada fermerlər inflyasiya səbəbindən gəlirlərinin azalmasına və Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsi etiraz edirlər.
Fermerlər, həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha az sərt tənzimlənməsini istəyirlər. Onlar bütün bunlara etiraz olaraq, yolları traktorlarla bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.