Fransada polislər parlament qarşısında etiraz mitinqi keçiriblər

19 May 2021 - 20:35

Fransada polislər parlament qarşısında etiraz mitinqi keçiriblər. 

Azpost.info AP-a istinadən bildirir ki, polislər hüquq-mühafizə orqanları əməkdaşlarını müdafiə edən qanunun qəbul olunmasını tələb edirlər.

Bu mitinq polis sistemi əməkdaşları tərəfindən atılan qeyri-adi və cəsarətli addım kimi qiymətləndirilib. Daxili işlər naziri Cerald Darmanin həmkarlar ittifaqının bayraqlarını yelləyən mitinqin başlanğıcında iştirak edib. Zabitlərdən biri “cənab nazir, bizə kömək etməlisiniz”-deyə Darmaninə müraciət edib.

Son həftədə iki polis zabiti öldürülüb. Biri terror aktının, digəri isə 19 yaşlı cinayətkarın qurbanı olub. Bu və mütəmadi hal almış, polisə feyervek, küt əşyalar atan gənclərlə baş verən toqquşmalar polisi qəzəbləndirib.

“Bizə ölməyə görə deyil, xidmətə görə maaş verirlər” yazılmış nəhəng banner parlamentin qarşısına vurulub.

Polislər məhkəmə hüquq sisteminə, polislərə hucum edənlərə qarşı həbs qərarı verən qanunun qəbul edilməsini tələb edirlər. Belə qanun xırda qanun pozucularını cəzalandırmağa imkan verməlidir. Polislər bu pozucularını həbs etsələr də məhkəmə onları azadlığa buraxır.

Etiraz edən polislər zabiti öldürən şəxsin 30 il həbs cəzasına məhkum olumasını tələb edirlər.