Fransanın müdafiə naziri Zelenski ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib

Fransanın müdafiə naziri Sebastyan Lekornu Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və həmkarı Aleksey Reznikov ilə görüşüb.

Bu bardə AFP məlumat yayıb.

Nazir görüşlərdə Kiyevə hərbi dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər mövcud hərbi texnikanın saxlanması məsələsini də müzakirə ediblər.

Öz növbəsində Ukrayna Prezidentinin Ofisi bildirib ki, Zelenski Lekornua Ukraynanın “sülh formulu” və qlobal sülh sammiti planları barədə danışıb.

O, Fransanın bu proseslərdə liderliyi ələ alacağına ümid etdiyini bildirib.

Əvvəlki məqalə

Laçın yolunda etiraz aksiyası davam edir

Sonrakı məqalə

Dekabrın 28-də Laçın yolundan sülhməramlıların neçə avtomobili keçib?