Fransanın “Lactalis” beynəlxalq özəl süd konserni Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. “Kreditorların tələbləri 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 203A, mənzil 37 ünvanında qəbul olunacaq”, - deyə şirkətin elanında bildirilir. Bundan başqa, «BSA International SA» şirkəti (“Lactalis” konserninin tərkibinə daxildir) də Azərbaycandakı nümayəndəliyini bağlamaqla bağlı qərar qəbul edb. Kreditorların tələbləri 2 ay ərzində sözügedən ünvanda qəbul olunacaq.