Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Fransızların 49 faizi Makronun istefası ilə bağlı təklifi dəstəkləyir

User 30 Avqust 2024 - 09:47 (Last updated: 21 May 2025 - 20:15)
makron

BFMTV-nin sifarişi ilə keçirilmiş sorğunun nəticələrinə görə, fransızların təxminən yarısı “Əyilməz Fransa” (LFİ) partiyasının Milli Assambleyada Prezident Emmanuel Makronun istefası ilə bağlı təklifinin tərəfdarı olduqlarını bildirib.

Respondentlərin 49 faizi təklifin tərəfdarı, 50 faizi isə əleyhinə olduğunu bildirib. Yeni Xalq Cəbhəsinə (NFP) səs verən fransalıların 64 faizi, Milli Birlik (RN) və onun müttəfiqlərinin seçicilərinin yarısı bu impiçment prosedurunun lehinə olduqlarını deyib. Sağçı və solçuların 74 faizi isə hesab edir ki, sözügedən təklif prezidentin istefasına səbəb olmayacaq.

Fransızların 52 faizi Yeni Xalq Cəbhəsi (NFP) qrupunun namizədi Lüsi Kastetsin baş nazir təyin edilməməsi qərarının demokratiyanın inkarı olmadığını, 47 faizi isə bunun əksini düşünür.

Parlament seçkilərindən yeddi həftədən çox vaxt keçməsinə baxmayaraq yeni hökumətin formalaşmamasına gəlincə, respondentlərin 63 faizi hesab edir ki, bunun üçün ilk növbədə Makron və onun komandası məsuliyyət daşıyır. Respondentlərin 27 faizi isə Yeni Xalq Cəbhəsinin (NFP) məsuliyyət daşıdığını bildirib.

Növbəti baş nazirə gəlincə, fransızların 41 faizi istefa verən Baş nazir Qabriel Attalın yenidən təyin olunmasını istəyir. İkinci yerdə Milli Birlik (RN) partiyasının sədri Jordan Bardella (38 faiz), 3-cü yerdə isə keçmiş baş nazir Bernard Kaznöv (28 faiz) gəlir.

Qeyd edək ki, avqustun 26-da Prezident Emmanuel Makron partiya liderləri və parlamentdəki fraksiyaların rəhbərləri ilə məsləhətləşmələrdən sonra NFP tərəfindən dəstəklənən hökumətin qurulmasını istisna edib. Makronu vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirən “Əyilməz Fransa” (La France insoumise) partiyası onu istefaya məcbur etmək üçün Konstitusiyanın 68-ci maddəsi ilə (vəzifə səlahiyyətlərini icra edə bilməmək) hədələyir.

Belə bir gərgin kontekstdə Emmanuel Macron Beşinci Respublika dövründə misli görünməmiş siyasi böhrandan çıxış üçün yeni məsləhətləşmələrə başlayıb. (Azərtac)

Post navigation

Previous: Bu gün “Qarabağ”ın rəqibləri bəlli olacaq –
Next: “20 Yanvar” metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb –

Oxşar xəbərlər

israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13

xƏBƏR

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum olub. Trend...
Read more about Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.