“Ötən həftə sonu Parisdə baş verən iğtişaşlar PKK-nın əsl simasını göstərdi”.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
“Parisdə baş verən son hadisələr göstərdi ki, fransızların bəslədiyi ilan onları indi onların özlərini sancmağa başlayıb. İndi hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”, – nazir bildirib.
Türkiyə hökuməti Fransa paytaxtında baş verən iğtişaşları pisləyib. Prezident Rəcəb Tayyib Ərdoğan Fransa hökumətini kürd separatçılarına dəstəyi dayandırmağa çağırıb.
Azpost.info