“2020-2021-ci tədris ilindən etibarən artıq ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq”.
APA-nın məlumatına görə, bunu “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” nazirlər panelində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, müasir dünyada peşələr və ixtisaslar çox sürətlə dəyişir: “Bunu nəzərə alaraq, müəyyən vaxtdan bir ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir. 2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyir”.
- Bayramov bildirib ki, yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların 70 faizi qısa müddətdə əmək bazarına daxil olur: “Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda sahibkarlıq, biznes etikası ilə bağlı bacarıqların formalaşdırılması vacibdir. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir”.