Gələn il büdcədən hansı sahələrə daha çox pul ayrılacaq? –RƏQƏMLƏR/SİYAHI

 2025-ci il üçün dövlət büdcəsinin xərcləri açıqlanıb.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Naziriyinin 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

2025-ci il üçün 39667,6 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24957,4 milyon manatı vəya 63,0 faizi cari xərclərə12310,6 milyon manatı və ya 31,0 faizi əsaslı xərclərə, 2399,6 milyon manatı və   ya 6,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı  xərclərə   yönələcəyi proqnozlaşdırılıb.

 

2025-ci ildə iqtisadi fəaliyyət xərclərinə 8,455.0 milyon manat (xüsusi çəkisi 21,3 faiz),

ümumi dövlət xidmətləri üzrə xərclərinə 5241,3 milyon manat (xüsusi çəkisi  13,2  faiz),

müdafiə  və  milli  təhlükəsizlik  üzrə  xərclərə 6,658.3 milyon  manat  (xüsusi  çə kisi 16,8 faiz),

təhsil  xərclərinə  4,945.8  milyon  manat  (xüsusi  çəkisi  12,5  faiz),

səhiyyə xərclərinə 1,997.2 milyon manat (xüsusi çəkisi 5,0 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə  4,998.0  milyon  manat  (xüsusi  çəkisi12,6 faiz),

məhkəmə  hakimiyyəti,   hüquq-mühafizə  və  prokurorluq  üzrə  xərclərinə  3,207.7  milyon  manat  (xüsusi  çəkisi  8,1  faiz),

mədəniyyət,  incəsənət,  informasiya,  bədən  tərbiyəsi,  gənclər  siyasəti  və  bu  qəbildən  olan  digər  fəaliyyət  xərclərinə 635.3  milyon  manat  (xüsusi  çəkisi 1,6 faiz),

əsas  bölmələrə  aid edilməyən xidmətlər üzrə xərclərinə 1573,2 milyon manat (xüsusi çəkisi 4,0 faiz),

ətraf mühitin mühafizəsi üzrə xərclərinə 417.7 milyon manat (xüsusi çəkisi 1,1 faiz),

kənd təsə rrüfatı üzrə xərclərinə 1,171.9 milyon manat (xüsusi çəkisi 3,0 faiz),

mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 366.2 milyon manat (xüsusi çəkisi 0,9 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

 

Azpost.info

 

Əvvəlki məqalə

Gələn ilin dövlət büdcəsi hara xərclənəcək? –

Sonrakı məqalə

Hikmət Hacıyev diplomatların Kəlbəcər səfəri ilə bağlı paylaşım edib