Gələn il ölkədə əmək haqqının 15 faiz artırılması gözlənilir –

Dövlət büdcəsində nəzərdə tutulub
18 Oktyabr 2019 - 16:54
C

2020-ci ildə orta ayllıq əməkhaqqının səviyyəsində  15,5 faiz artım gözlənilir.

Azpost.info Maliyyə Nazirliyinə istinadən bildirir ki, bu barədə Milli Məclisə təqdim olunmuş 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində qeyd olunub.

Sənəddə göstərilir ki, 2020-ci ildə manat dollar məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır: “Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə orta ayllıq əməkhaqqının səviyyəsinin 2020-ci ildə 15,5 faiz artım gözlənilir”.