Gəncədə 78 yaşlı qadın dəm qazından boğularaq ölüb

25.12.2021 · 12:30 · Sosial

Gəncədə qadın dəm qazından boğulub.

Hadisə Gəncə şəhəri, Bakı küçəsi, ev 32 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1943-cü il təvəllüdlü Rahilə Səidova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.