Gəncədə polis əməliyyatı:"Saşa" və "Ramoş" ləqəbli kriminal avtoritetlər tutulub

Gəncədə daha bir kriminal avtoritet tutulub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şəhər sakini “Saşa” ləqəbli Sabir Şabanov saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Üzərinə keçirilən baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Bəhram Səmədovun digər əlaqələri barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov  saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “ Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə  aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Qeyd edək ki, B.Səmədov kriminal aləmdə “Ramoş” ləqəbi ilə tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin dəfn olundu

Sonrakı məqalə

Elçibəyin oğlu deputatlığa namizəd olacaq? –