Gədəbəydə ana və oğlunu güllələyib yandıran şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində ana və oğlunu güllələyib daha sonra yandıran Əmiraslan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 12-ə təyin edilib.

Qeyd edək ki, hadisə  ötən il avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində baş verib.

Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb.

Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya kəsilmiş-deşilmiş və yanıq xəsarətləri ilə yerləşdiriblər. Hər ikisinin həyatını xilas etmək mümkün olub.

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ər-arvad 7 yaşlı qızı tutuquşuna görə öldürüb –

Sonrakı məqalə

Meyitdən gözün buynuz qişasının götürülməsinə icazə verilir –