Gələn il maaş və pensiyalar yenə artırılacaq –Büdcədə beş milyard manat ayrılıb

 “Azərbaycanda gələn il əməkhaqqı və pensiyaların yenidən artırılması gözlənilir”.

Azpost.info bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

H.Rəcəbli deyib ki, payız sessiyası sentyabrın 30-da başlayacaq: “Əvvəlki illərdən fərqli olaraq 2020-ci ilin dövlət büdcəsinin təxminən 40 faizə yaxını sosial məqsədlərə ayrılacaq. Bu, olduqca böyük göstəricidir”.

Komitə sədrinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində bu illə müqayisədə sosial məqsədlərə təxminən 5 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulub: “Bu vəsait əmək haqqının artırılması və digər məsələlərə yönəldiləcək. Onu da vurğulamaq istəyirəm ki, gələn ildən pensiyalar və əmək haqlarında artımın olması ehtimalı var, büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin artırılması bundan xəbər verir”.

 Onun dediyinə görə, payız sessiyasında bir sıra qanunlara əlavə və dəyişikliklər də nəzərdə tutulub: “Prezident parlamentdə çoxlu sayda qanunlara əlavələr və dəyişikliklər göndərir. Bu əlavə və dəyişikliklərin böyük bir qismi də bilavasitə sosial müdafiənin gücləndirilməsinə yönəlir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AQTA ittihamları rədd etdi, açıqlama yaydı:

Sonrakı məqalə

Ukrayna prezidenti Trampla görüşdü –