Gələn il üçün dövlət büdcəsi AÇIQLANDI –26 milyard manat nəyə xərclənəcək? (RƏQƏMLƏR)

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Azpost.info bildirir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsi ilə bağlı açıqladığı məlumat deyilir. Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7% çoxdur. Beləliklə, büdcə kəsri 1 133,7 milyon manat məbləğində gözlənilir ki, bu da 888,3 milyon manat və yaxud 43,9% azdır.

2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiyməti isə 55 ABŞ dolları nəzərdə tutulub. Bu isə neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 605,3 milyon manat, xərcləri isə 28 192 milyon manat məbləğində proqnozlaşdırılır.

Beləliklə, icmal büdcənin kəsri 586,7 milyon manat təşkil etməlidir.

Gələn il icmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR-nın büdcəsinin gəlir və xərcləri isə 480,3 milyomn manat məbləğində nəzərdə tutulub. Bu, bu illə müqayisədə 96,6 milyon manat çoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Etibar Məmmədovun siyasətə qayıtması AMİP-də müzakirə olunur” –

Sonrakı məqalə

Müslüm Maqomayevi oynayan aktyor onun haqqında heç nə eşitməyib –