Gəncədə ər bıçaqla arvadının boğazını kəsib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, əri bıçaqla onun boğazını kəsib.

Xəstəxanaya yerləşdirilən N.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir.

Gəncədə arvadının boğazını kəsən kişi tutulub. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşının boğazını kəsməkdə şübhəli bilinən Məhərrəm Sirati tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. (APA)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Polis İdarəsi Milli Şuranın piketi barədə açıqlama yaydı –

Sonrakı məqalə

AzTV-də yeni kadr dəyişiklikləri olub