Gəncədə ağır yol qəzası –İki tələbə öldü (FOTO)

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “Lada Priora” markalı minik maşını toqquşub. Zərbənin gücündən sonuncu avtomobil ağaca çırpılıb.

Yol qəzasında ölən gənclərin adları məlum olub. Onlar – 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğludur. Qeyd edək ki, qəzada ölənlərin hər ikisi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir. Qəzaya yüksək sürət səbəb olub. Qəzada dünyasını dəyişən tələbələrdən biri Tərtər, digəri Saatlı sakinidir.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti:

Sonrakı məqalə

Bakı-Sumqayıt yolunda maşın iki hissəyə bölündü –