Gəncədə karantin qaydalarını pozan çörək sexi aşkarlanıb- FOTO

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan APA-nın yerli bürosuna verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaponiya şirkətləri mikrob əleyhinə parça hazırlayıblar –

Sonrakı məqalə

Azərbaycanda 6871 müəllim iş yerini dəyişmək istəyir