Gəncədə tanışını bıçaqladı, qaçdı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Gəncə şəhər sakini Yaqub Hacıyev həmyerlisi Vüqar Həsənov tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən V. Həsənovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış davam etdirilir.  (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

İranda terrorçular hərbi avtomobilə hücum edib