Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb –TƏFƏRRÜAT

Gəncədə qətl törədilib.

Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə bıçaqlanaraq öldürülüb. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib. (APA)

Faktla bağlı araşdırma aparılır.

**

Gəncədə qətl törədən şəxs tutulub.

hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Dajban Nicat saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ANS-in sabiq aparıcı Xose Bernardo bıçaqlanıb –

Sonrakı məqalə

Bu gün 23 dərəcə isti olacaq