Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Banner

Gənc İlham Əliyev və Müslüm Maqomayev evdə bayram süfrəsində –

User 22 Dekabr 2024 - 13:02 (Last updated: 21 May 2025 - 20:15)
muslum ilham sevil foto aile

Gənc İlham Əliyev və Müslüm Maqomayev evdə bayram süfrəsində

 

Korifey sənətkarımız Müslüm Maqomayevlə bağlı hər bir məqam bir xatirəni saxlayır.

Onun Azərbaycan mədəniyyətinin keçmiş SSRİ-də, Avropada tanınmasında misilsiz xidməti olub. Bu istedadın tanınmasında mərhum prezident Heydər Əliyevin də böyük dəstəyi olub. Böyük sənətkarın Ulu öndər Heydər Əliyevlə ailəvi dostluğu barədə dəfələrlə danışılıb.

AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində təqdim etdiyi şəkildə həmin günlərin xoş dəqiqələri əks edilib.

Süfrə başında gənc İlham Əliyev, bacısı Sevil Əliyeva və Müslüm Maqomayev oturub. Foto 1970-ci illərin sonlarında çəkilib.

Prezident İlham Əliyev öz çıxışlarında Müslüm barədə həmişə böyük ehtiramla danışıb. “Biz onunla çox yaxın dost olmuşuq, bir-birimizə böyük rəğbət və hörmətlə yanaşmışıq”deyə dövlət başçısı çıxışlarının birində deyib.

“Müslüm gözəl insan idi. Bir şəxsiyyətdə həm insani, həm yaradıcı keyfiyyətlərin cəmləşməsi çox nadir haldır. Bu günə qədər heç kəs Müslümün mahnılarını onun özü kimi ifa edə bilmir”.

Dövlət başçısı 2022-ci ildə Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinın açılış mərasimindəki çıxışında bunları söyləyib: “Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq. Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq. Son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq”.

Dövlət başçısı Müslüm Maqomayevlə son görüşü barədə söhbətini belə davam etdirib: “Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi”.

“Müslümün bizi çox tez tərk etməsindən kədərlənirik. Müslüm bizim ürəyimizdə, xatirəmizdə, dostlarının yaddaşında yaşayır. Müslümü Azərbaycanda seviblər, sevirlər və bundan sonra da əbədi olaraq sevəcək və xatırlayacaqlar”.

Azpost.info

 

Post navigation

Previous: Çində dünyanın ən böyük buz sərgisi açılıb
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

kelbecer
  • Banner
  • Sosial

“Türkiyə Azərbaycana helikopter vermədi” iddiası doğrudurmu? –

User 12 Mart 2026 - 19:46
ziya bunaydov elcibey
  • Banner

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –

User 22 Fevral 2026 - 10:00
mumiya esas
  • Banner

Firon sərdabələrini açan alimlər niyə ölürdülər? –

User 17 Fevral 2026 - 20:27

xƏBƏR

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq vacibdir. İnsanlar çox vaxt yalnız ürək-damar sistemi ilə bağlı problem yarandıqda qan...
Read more about Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.