Bu gün Qazax Dövlət Sosial İqtisad Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi “Gənclik narkomaniyaya qarşı” adlı layihəsinin icrası çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədi ilə gənclərlə maarifləndirici görüş keçirib.
Tədbirdə ilk olaraq “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat verib. Daha sonra ardıcıllıqla çıxış edənlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Elmar Rzalı, Qazax – Tovuz Regional Gənclər və İdman İdarəsinin gənclər sektoru üzrə aparıcı məsləhətçisi Ramil Muradov, UGİM-nin dərs hissə müdüri Hikmət Məmmədov, qol güləşi üzrə Dünya və Avropa çempionları Mustafayev İsmayıl layihənin önəmi haqda və sağlam həyat tərzinin təbliği məqsədi ilə ətraflı danışdılar.
Daha sonra tədbir diskusiya formasında davam etdi.
