Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Gənc Qəhrəmanlarımızı Tanıyaq!”: Maarifləndirici görüş keçirilib

User 22 May 2026 - 18:00 (Last updated: 23 May 2026 - 15:29)
genclik

21 may 2026-cı il tarixində Qazax Dövlət Sosial-İqtisadi Kollecində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş təşkil olunub.

Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin əziz xatirəsinin yaşadılması, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması olub.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətən sevgisini və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməkdir.
Azər Əliyev qeyd edib ki, layihə çərçivəsində gənclərlə veteran və qazilərin iştirakı ilə silsilə görüşlərin keçirilməsi, bilik yarışları və şahmat turnirinin təşkili nəzərdə tutulur. Bu təşəbbüslərin gənclərin intellektual inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və cəmiyyətə faydalı fərd kimi formalaşmasına xidmət etdiyi vurğulanıb.

Daha sonra çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri, istefada olan mayor Xasay Ballayev, həmin birliyin Qazax rayon filialının sədr müavini, şəhid atası kapitan Müqabil Məmmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatları İctimai Birliyinin Qazax rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Azər Məmmədov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev, Qazax Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Elvira Əfəndiyeva, İctimai Şuranın katibi Ləman Qəhrəmanova və şuranın üzvü Aygün Musayeva çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, onların keçdiyi şərəfli döyüş yolundan və gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasının vacibliyindən danışıblar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan gəncliyi hər zaman dövlətinə və xalqına bağlı olmalı, milli-mənəvi dəyərləri qorumalı və şəhidlərimizin əmanəti olan Vətənə layiq vətəndaş kimi yetişməlidir. Bildirilib ki, bu kimi layihələr gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin sonunda tələbə və gənclər mövzu ilə bağlı fikirlərini bölüşərək şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər. Görüş qarşılıqlı müzakirələr və diskussiya şəraitində davam edib.

Fotolar

AzPost.az

Post navigation

Previous: İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Next: Qətər nümayəndələri İrana gedib – ABŞ-la razılaşma müzakirə edilir

Oxşar xəbərlər

isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
soyuducu
  • Sosial

Pomidor, kartof, çörək… – Bu ərzaqları soyuducuda saxlamaq səhvdir

User 15 Noyabr 2026 - 15:08

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.