Gecə “Binə” ticarət mərkəzində güclü yanğın olub –3 sahibkar xəsarət alıb, 3000 kv.m yer yanıb (FOTO VIDEO))

Gecə Bakının Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində güclü yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyib.

FHN bildirib ki, “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.

Aparılan işlər nəticəsində yanğının qarşısı alınıb.Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Binə” ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib. İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib. (APA)

Son məlumata görə, “Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

https://youtu.be/zpFmK96fmyw

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə Suriyanın şimalında kürdlərə aid bazalara zərbələr endirdi

Sonrakı məqalə

Evə gələn qonaq beysbol ağacı ilə ev sahiblərini döydü –