Gec saatlarda çiy meyvə yemək həzmsizlik yarada bilər
Türkiyənin İstanbul Universitetinin tanınmış dietoloqu Dərya Yılmaz gec saatlarda çiy meyvə istehlakının orqanizmdə həzmsizlik, qaz və köp problemlərinə yol aça biləcəyini açıqlayıb.
AzPost xəbər verir ki, mütəxəssisin sözlərinə görə, meyvələrin tərkibindəki fruktoza və pəhriz lifi orqanizm tərəfindən günün gec saatlarında daha çətin mənimsənilir.
Dietoloq bildirib ki, xüsusilə alma, armud, şaftalı və banan kimi meyvələrdə olan şəkərlər gecə vaxtı fermentləşmə prosesini aktivləşdirərək bağırsaqlarda qaz toplanmasına səbəb olur. Bu isə yuxu zamanı narahatlıq, şişkinlik və qıcqırma hissi yarada bilər.
Yılmaz əlavə edib ki, axşam saatlarında mədə-bağırsaq sisteminin aktivliyi azalır, həzm fermentlərinin ifrazı zəifləyir və bu səbəbdən meyvələrin parçalanma prosesi ləngiyir. O, gecə çiy meyvə əvəzinə yüngül bişmiş tərəvəzlər, qatıq və ya az miqdarda qoz-fındıq istehlak etməyi tövsiyə edir.
Bəzi hallarda meyvələrdəki turşuluq reflüks şikayətlərini artıraraq mədə qapağının zəifləməsinə səbəb ola bilər. Mütəxəssisin sözlərinə görə, meyvə yeməyin ən ideal vaxtı səhər saatları və ya günorta yeməyindən təxminən 1 saat sonradır.
Dərya Yılmaz bu xəbərdarlığın sağlamlıq vəziyyəti, yaş və metabolik göstəricilər baxımından fərqli insanlara fərqli təsir edə biləcəyini də qeyd edib. “Meyvələr sağlam qidalanmanın vacib hissəsidir, lakin düzgün zamanlama orqanizmə fayda ilə zərər arasındakı fərqi müəyyən edir,” – deyə o vurğulayıb.
Qida balansını pozmadan meyvə qəbul etmək üçün şəxsi pəhriz planının hazırlanması və diyetoloqla məsləhətləşmək tövsiyə olunur.
AzPost.az
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...