Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəni uğurla davam etdirir. 24.06.2026- cı il tarixində Xocavənd rayonunda Xocavənd İH-nin konfrans zalında “Gender problemləri və ondan çıxış yolları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə Xocavənd rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov açdı. O tədbir iştirakçılarını salamladı, qonaqları təqdim etdi və layihənin mövzusuna uyğun olaraq fikirlərini bölüşüb.
Dəyirmi masada layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verib. Bildirib ki, “layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır.
Azərbaycanda bu sahədə böyük işlər görülməsinə baxmayaraq, bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Gender bərabərliyinin tam təmin olunması və ənənəvi ailə dəyərlərinin müasir çağırışlarla uyğunlaşdırılması istiqamətində təhsil və maarifləndirmə tədbirləri davam etdirilməlidir”.
Tədbirdə Gender bərabərliyi ilə bağlı video çarx nümayiş etdirildi və fikirlər bildirildi.
Layihənin eksperti, S.Məmmədova “Azərbaycan Dövlət Ailə Siyasəti və Gender Problemləri, Ailə Məcəlləsində dəyişikliklər barədə ətraflı məlumat verib.
Bildirib ki, “Ailə dəyərləri və gender bərabərliyi qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır. Bu iki anlayış bir-birini tamamlayaraq ailə institutunu gücləndirir. Cütlüklərin ev işlərini və qərarları bərabər bölüşməsi, övladların tərbiyəsində hər iki valideynin bərabər iştirakı möhkəm və sağlam ailə mühitinin əsasını təşkil edir”.
Mövzu ətrafında müzakirələr olub. M.İbrahimova, T.Zalova, T.Mirzəyev layihənin mövzusunun aktual olduğunu və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. İştirakçıların sualları cavablandırılıb.
Sonra qiymətləndirmə aparılıb. Tədbir iştirakçıları layihənin mövzusunun çox aktual olduğunu və razıqaldıqlarını bildiriblər.
Tədbirdə layihə rəhbəri tədbirin uğurlu alımasında dəstəklərinə görə Xocavənd RİH-nin Başçısı E. Hüseynova, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyevaya və iştirakçılara təşəkkür edib.
İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər.
Tədbirdə 22 nəfər iştirak edib.









