“Google” Rusiyadan olan istifadəçilərin qeydiyyatına qadağa qoyub

Dünyanın ən böyük axtarış sistemi və e-poçt müştərisi olan “Google” Rusiya telefonunda hesabların qeydiyyata alınmasına icazəni dayandırıb.

Azpost.info xəbər verir ki, Rusiya nömrəsindən istifadə edərək yeni hesabı təsdiq etməyə çalışarkən xidmət xəta verir.
Sistem sizə yeni hesab yaratmaq üçün bütün addımları tamamlamağa imkan verir, lakin siz rus nömrəsini daxil etdiyiniz zaman “Google” onun istifadə edilə bilməyəcəyini bildirir.

Rusiya telefon nömrələrinə qadağa çoxları üçün problem yarada bilər. “Android” smartfonları “Gmail” profili ilə əlaqələndirilir və yalnız bundan sonra “Google” xidmətləri və “Google Play” proqram mağazası işə başlayır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.