Goranboyda 21 yaşlı gənc 10-cu sinif şagirdi olan qızı qaçırıb

Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.

Hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb. Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb.

Goranboyda 10-cu sinif şagirdinin evlənmək məqsədi ilə qaçırılması faktı üzrə araşdırmaya başlanıb.

Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.