Goranboyda 54 yaşlı kişini, Yasamalda isə 16 yaşlı oğlan bıçaqlayıblar

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Arzu Mikayıl oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Vəziyyətin kafi olduğu  bildirilir. Hadisənin hələlik kim tərəfindən törədildiyi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarışlarına başlanılıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bakının Yasamal rayonunda da bıçaqlanma hadisəsi baş verib.

Hadisə “Hyatt Regency” hotelinin yaxınlığında qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Əhmədov Azad Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Zərərçəkmiş əməliyyat üçün reanimasiya şöbəsinə yerləşdirilib. (APA)

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın bu il ən çox məhsul ixrac etdiyi ölkələrin reytinqi

Sonrakı məqalə

Allahşükür Paşazadənin ailəsində xoş gün –