“Görünən odur ki, seçkilərdə Bayden qalib gəlir” –

Trampın müşaviri
16 Noyabr 2020 - 22:40

“ABŞ-da Demokratlar partiyasının prezidentliyə namizədi Co Baydenin prezident seçkilərində qalib gəldiyi görünür”.

Bu sözləri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen səsləndirib.

“Baxın, əgər Bayden-Harris biletinin qalib olduğu müəyyənləşsə – və hazırda işlər açıq-aşkar belə görünür – biz Milli Təhlükəsizlik Şurası olaraq çox peşəkar şəkildə ötürmə edəcəyik”, – deyə Robert O’Brayen Qlobal Təhlükəsizlik Forumundakı onlayn çıxışında qeyd edib. (APA)