Göyçay şəhərində “BMW” markalı avtomobilin sürücüsü Rəşad Fərzəliyev avtomobili geri hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Almaz Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.