Göyçayda evlənmək üçün qaçırılan qız işgəncəyə məruz qalıb
Göyçayda evlənmək məqsədilə qaçırıldığını iddia olunan qız işgəncəyə məruz qalıb.
Hadisə rayonun Ulaşlı-Şıxlı kəndində qeydə alınıb.
Rayon sakinləri Mahmud Əliyev, atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birgə 21 yaşlı Zeynəb Ağayevanı (ad və soyad şərtidir) qaçıraraq tövlədə gizlədiblər. Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis hadisədən məlumatlıdır. Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
