Göygöl rayonunda bıçaqlanan məktəblinin son vəziyyəti açıqlanıb. Bu haqda “Qafqazinfo”ya Gəncə Birləşmiş Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının həkimi Adil İbrahimov bildirib. Onun sözlərinə görə, məktəbliyə ilkin tibbi yardım göstərilib: “Xəstəyə ilkin tibbi yardım göstərdik. Bir bıçaq xəsarəti idi. Yarası bir qədər dərin olub. Yara tikildi, qanaxma dayandırıldı. Hazırda vəziyyəti stabildir”.