Göygöldə gənci toyda bıçaqladılar

08 Dekabr 2019 - 00:44

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayondakı “Sultan Plaza” şadlıq sarayında qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Elman Elşən oğlu döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. 28 yaşlı xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

E.Cəfərovun yaxınlarının sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən toy şənliyində bıçaqlanıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.