Güclü külək əsəcək –

XƏBƏRDARLIQ
05 Yanvar 2022 - 15:24

Yanvarın 6-a gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı gündüzdən 7-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 6-7-də qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.