Ötən gün axşam saatlarında başlayan güclü külək bu gün də davam edib və bir sıra fəsadlara səbəb olub.
Güclü külək İsmayıllı rayonun Topçu kəndində orta məktəbin dam örtüyünü qopararaq tamamilə yararsız vəziyyətə salıb.
Külək nəticəsində, həmçinin İsmayıllı sakini Xanoğlan Mustafayevə məxsus tövlənin dam örtüyü yararsız vəziyyətə düşüb. Güclü külək səbəbindən elektrik təsərrüfatında yaranan qəza bir sıra yaşayış məntəqələrini də işıqsız qoyub.
Rayon icra hakimiyyəti tərəfindən yaraldılan komissiya yerlərdə olub. Hazırda komissiya dəyən zərərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görür.
Martın 27-də Şamaxıda da gecə saatlarından başlayan güclü külək bir sıra fəsadlara səbəb olub.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirilib ki, güclü külək nəticəsində Şamaxıda iri gövdəli bir neçə ağac elektrik xətlərinin və transformatorların üzərinə aşıb. Nəticədə şəhərə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.
Aidiyyəti qurumların müdaxiləsi nəticəsində enerji təminatındakı problemlər qısa müddətdə aradan qaldırılıb.