Gülər Əhmədovadan Elşad Abdullayevə sərt və ah-naləli çağırış:

“Hardasan? Kişisən, çıx üzə mənə cavab ver!”
12 Sentyabr 2019 - 13:38
C

Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova sosial şəbəkə vasitəsilə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevə çağırış ünvanlayıb.

Azpost.info bildirir ki, G.Əhmədova bir daha ABU-nun rektorunun ona  şər atdığını yazıb və oyun qurbanı olduğunu deyib:

“Elşad Abdullayev, səninləyəm, hardasan? Niyə səsin batıb? Nə oldu sənin yalanların, iddiaların? Şərəfin, kilişiliyin varsa, öz qadınına cavab ver.
Əlbəttə ki, verməyəcəksən, verə bilməzsən. Allah sənə də, sənə qoşulub bu işi quranlara da lənət etsin! Bu dünyada da, axirətdə də əlim boğazındadır. Haqqımı ver! Mənə şər atdığını etiraf edəcəksən, inşaALLAH! Mütləq edəcəksən.
Həmin gün səninlə halallaşacağam.
Yalnız həmin gün! Amma hələ ki, elədiklərinizin cəzasını çəkəcəksiniz. Necə ki çəkirsiniz. Allah sənə dəstək verənlərə, bu oyunu quranlara da min lənət etsin! Cəhənnəm bu dünyada da, ötəki dünyada da sizə vacib olsun inşaALLAH!”.

Qeyd edək ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayev 2012-ci ildə eks-deputat  Gülər Əhmədovanın ondan 2 milyon dollar rüşvət aldığını idda etməsi və bununla bağlı  videoçəkiliş yaymamsı  öyük bir qalmaqala səbəb olub.

Bundan sonra  G.Əhmədova deputat mandatından imtina etmiş, ardınca onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.