Gülyanaq və Gülyaz Məmmədovaların yeznəsi yol qəzasında öldü

24 Sentyabr 2019 - 15:53

Yevlaxda baş verən yol qəzasında ölən şəxs Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların qohumudur.

APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Mövsüm Məmmədkərimov Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əridir. Qəza baş verən avtomobildə M.Məmmədkərimovun 2 övladı da olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub. Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Şəki rayon sakinləri – 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.