Gürcü parlamentinin istefa vermiş sədri deputatlıqdan da imtina edib

gurcu spiker istefa

Gürcüstan parlamentinin dekabrın 24-də istefa vermiş sədri Kaxa Kuçava deputat mandatından da imtina edib.

Bu barədə jurnalistlərə parlamentin Prosedur məsələləri üzrə komitəsinin sədr müavini Quram Maçavariani məlumat verib.

Onun sözlərinə görə, K.Kuçava parlamenti tərk etsə də, hakim komandada qalacaq.

Qeyd edək ki, Gürcüstan parlamentinə yeni sədr gələn həftə növbədənkənar iclasda seçiləcək.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bu vəzifəyə qanunverici orqanın Təhsil və elm komitəsinin sədri Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir